Övladlarımızın gələcəyi naminə birlikdə addımlayaq

 67 nömrəli tam orta məktəbdə möhtəşəm layihəyə start verilib.

Layihə rəhbəri olan direktor müavini Yeganə Muradova açıqlama verib ki, layihənin keçirilməsində əsas məqsəd qızıl üçbucağın tərəfləri olan müəllim, şagird və valideynlərin birgə əməkdaşlığını təşkil etmək və övladlarının gələcəyi naminə valideynləri məktəblə birlikdə fəaliyyət göstərməyə sövq etməkdir.

Layihə təlim formasında keçirilib. İlk gün "Valideynlərin hüquq və vəzifələri" mövzusuna həsr olunub. Təlimlərin 5 mövzuda keçirilməsi nəzərdə tutulub.

1. Valideynlərin hüquq və vəzifələri.

2. Şagird qiymətləndirilməsi.

3. Məktəbin ictimai işlərində valideynin rolu.

4. Valideyn - müəllim, müəllim - şagird, valideyn - valideyn münasinətləri.

5. Ev tapşırığı necə olmalıdır və ev tapşırığının əhəmiyyəti.

Qeyd edək ki, layihəyə bugün start verilib və artıq 2 sinfin valideynləri ilə görüş keçirilib. Bunlar ibtidai sinif müəllimi Gilas Quliyevanın rəhbərlik etdiyi III "a" sinfi və İlhamə Rzayevanın rəhbərlik etdiyi III "ğ" sinfi olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi