18 sentyabr Milli Musiqi Günü

18 sentyabr Milli Musiqi Günü

67 nömrəli tam orta məktəbin musiqi müəllimi Sevil Ağamalıyeva 18 sentyabr Milli Musiqi Günü münasibətilə maraqlı və maarifləndirici dərs təşkil edib.

Dərsdə Milli Musiqi Günü münasibətilə musiqisi Üzeyir Hacıbəyova aid olan Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra dahi bəstəkarın digər bəstələri, həyat və yaradıcılığı barədə söhbət aparılıb.

Milli Musiqi Günü dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır. Danılmaz həqiqətdir ki, milli musiqi mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova çox şey borcludur.

1995-ci ildə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi