“Ədibin Evi” Bilik Gününü 67 nömrəli məktəbdə qeyd edib

  Azərbaycanın görkəmli yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın İçərişəhərdəki yaşadığı ünvanda yaradılan “Ədibin Evi”nin təşəbbüsü ilə Bilik Günü 67 nömrəli tam orta məktəbdə qeyd edilib.

“Balakhanı Operating Company LTD”nin dəstəyi ilə məktəblilərə Azərbaycan və dünya ədiblərinin klassik əsərlərindən ibarət kitab kolleksiyası ayrıca guşə şəklində hədiyyə olunub.

Guşənin açılış mərasimindən sonra yuxarı sinif şagirdləri ilə keçirilən açıq dərsdə bir sıra natiqlər biliyin gənclərimizə açacağı parlaq yollardan bəhs ediblər.

“Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva, “Balakhanı Operating Company LTD”nin prezidenti Rövşən Rzayev, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova çıxış edərək öz təəssüratlarını bölüşüblər.

Açıq dərs şagirdlərdən sual-cavab sessiyası ilə davam edib. Yuxarı sinif şagirdi Cəmil Şirinov ingilis dilində yazdığı “Old Chap Rudy” kitabını qonaqlara hədiyyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi