Məktəbdə "Bilik Günü" qeyd olunub

 67 nömrəli tam orta məktəbdə "Bilik Günü" münasibətilə tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird heyəti, valideynlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Tədbirin sonunda məktəbin direktoru İradə Bayramova çıxış edərək məktəbə ilk qədəmlərini qoyan birinciləri və onların valideynlərini, müəllimləri və şagirdləri təbrik edib, bütün kollektivə uğurlar arzulayıb.

Bilik Günü münasibətilə bütün təhsilalanları və təhsilverənləri təbrik edir, onlara zehin açıqlığı, sağlam və müvəffəqiyyətli tədris ili arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi