Yeni tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilib

 67 nömrəli tam orta məktəbdə 2024-2025-ci tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilib.

İclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dünyasını dəyişən müəllimlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

İclasın növbəti mərhələsində işinin öhdəsindən qürurla gələn, illərini təhsilimizə həsr edən, artıq pensiya yaşına çatmış müəllimlər təmtəraqlı şəkildə, hədiyyələrlə və təltifnamələrlə yola salınıb. Kollektivə yeni gələn müəllimlər təqdim olunub, hədiyyələrlə təltif edilib.

İclas ötən tədris ilinin yekun hesabatı ilə davam etdirilib. 2023-2024-cü tədris ilinin məzunlarının qəbul nəticələri açıqlanıb.

Məktəbin direktoru İradə Bayramova çıxış edərək qarşıda duran məsələlər barədə danışıb, lazımi təlimatlar verib. Həmçinin direktor müavini Ceyran Məmmədova çıxış edərək elektron jurnal və digər sənədlərin tərtibi barədə məlumat verib.

Yeni tədris ilində bütün təhsil işçilərinə uğurlar diləyir, müəllim və şagirdlərə zehin açıqlığı arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi