Sabunçu rayonunda Təhsil Konfransı keçirilib

 12 sentyabr 2024-cü il tarixində Bakı Gənclər Mərkəzində Sabunçu rayonu üzrə 2023-2024-cü tədris ilinin yekununa həsr olunmuş Təhsil Konfransı keçirilib.

Konfransda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, ali məktəblərə qəbul imtahanında yüksək nəticələr əldə etmiş məzunlar və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

İlk olaraq konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Konfrans Sabunçu rayonu, 67 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin təqdimatında möhtəşəm kompozisiya ilə davam etdirilib.

Konfransın sonunda 2023-2024-cü tədris ili üzrə ali məktəblərə qəbul imtahanında Sabunçu rayonu üzrə ən yüksək nəticələr göstərmiş məzunlara Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub. O cümlədən, 2023-2024-cü tədris ilinin nəticələrinə görə fərqlənən təhsil işçiləri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.

Yeni tədris ilində bütün təhsil işçilərinə uğurlar diləyir, müəllim və şagirdlərə zehin açıqlığı arzu edirik.

https://www.facebook.com/share/v/UvD6CYkmMdb6wezw/?mibextid=oFDknk

https://www.facebook.com/share/p/LAaMCSaeiVXbDdtr/?mibextid=oFDknk

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi