Uğurunuz uğurumuzdur

"Uğurunuz uğurumuzdur" rubrikasının növbəti qonağı 67 nömrəli tam orta məktəbdən bu il məzun olan Rafiq Babazadədir.
Rafiq yeniyetmələr və gənclər arasında keçirilən Wako Dünya Birinciliyində iştirak edərək 57 kq. çəki dərəcəsi üzrə I yer tutub. Bu qələbə ilə şagirdimiz ikiqat dünya çempionu olub və Azərbaycan bayrağını qürurla dalğalandırıb.
Qazandığı uğur münasibətilə Rafiq Babazadəni təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.