Uğurunuz uğurumuzdur

67 nömrəli tam orta məktəbin IV "c" sinif şagirdi Murad Qarayev Sinqapurda keçirilən Riyaziyyat və Məntiq Olimpiadasında gümüş medal qazanaraq məktəbimizə növbəti dəfə qələbə sevinci gətirib.
Şagirdimiz Muradı qazandığı uğur münasibətilə kollektivimiz adından təbrik edir, növbəti fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.
Muradın və onun kimi savadlı şagirdlərin yetişdirilməsində əvəzsiz rolu olan müəllim və valideynlərə təşəkkür edirik.