Təqaüdə gedən müəllimlər təmtəraqlı şəkildə yola salınıb

 67 nömrəli tam orta məktəbin kollektivi Azərbaycan dili və ədəbiyyat müəllimləri Solmaz İsmayılova və Ziyafət Məmmədovanı təqaüdə yola salıblar.

Öncə çay süfrəsi arxasında əyləşərək müəllimləri təbrik ediblər, daha sonra kollektiv adından hədiyyələr təqdim olunub, xatirə fotoları çəkilib.

Qürur hissi ilə bildiririk ki, hər iki müəllim təhsil sahəsində yetəri qədər sözünü deyən, peşəsinin öhdəsindən layiqincə gələn, pedaqoji fəaliyyətini uğurla başa vuran müəllimlərdir.

Solmaz İsmayılova və Ziyafət Məmmədovanı təbrik edir, onlara növbəti fəaliyyətlərində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi