Məktəbdə “Son Zəng” tədbiri keçirilib

 Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 14 iyun 2024-cü il tarixində bütün ümumtəhsil məktəblərində olduğu kimi 67 nömrəli tam orta məktəbdə də “Son Zəng” tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olunub. Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir ədəbi-bədii və əyləncəli olmaqla 2 hissədən ibarət olub. Tədbirin bədii hissəsində məktəbin məzunları və müəllimləri tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Daha sonra qonaq qismində iştirak edən, məktəbin şəhid məzunlarının valideynləri çıxış edərək “Son Zəng” münasibətilə məzunları təbrik ediblər və onlara qədəm qoyduqları yeni həyat yolunda uğurlar arzulayaraq xoş diləklərini bildiriblər.

Maraqlı və sürprizlərlə dolu “Son Zəng” tədbirində məktəbin direktoru İradə Bayramova çıxış edərək məzunları və onların valideynlərini təbrik edib, bütün şagirdlərin üzərində əvəzsiz əməyi olan müəllimlərə minnətdarlığını bildirib.

Sonda ənənəvi olaraq bu ilin məzunları məktəbin simvolik açarını gələn ilin məzunlarına təhvil veriblər və bütün məzunlar müqəddəs Qurani-Kərim kitabının altından keçərək məktəblə vidalaşıblar.

Məktəb kollektivi adından məzunları təbrik edir, onlara gələcək fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi