Qırmızı kitaba düşən canlılar

  67 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yeganə Məmmədovanın təşkilatçılığı ilə II "c" sinfində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti layihə həyata keçirilib.

Öncə sinifdə şagirdlər müəllimin hazırladığı Qırmızı kitabla tanış olublar, mövzuya uyğun hazırlanmış maarifləndirici videoçarxları izləyiblər. Dərsdə məktəbin direktor müavini Yeganə Muradova iştirak edib. Mövzu ətrafında şagirdlərlə birlikdə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara ətraflı cavab verilib.

Daha sonra sinif rəhbəri Yeganə Məmmədova şagirdləri Zooparka apararaq onları heyvanlar aləmi ilə yaxından tanış edib.

Qeyd edək ki, şagirdlər "Qırmızı kitab" layihəsində nəsli kəsilmək təhlükəsi olan canlılarla tanış olublar, onları necə qorumaq barədə fikir və təkliflərini irəli sürüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi