"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş rəsm sərgisi

 67 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimləri Ağabacı Cigərxanova, Sevil Sultanova və Diləfruz Rüstəmovanın birgə təşkilatçılığı ilə şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi keçirilib. "Təbiəti qoruyaq" şüarı ilə keçirilən sərgidə məktəbdə təhsil alan şagirdlərin rəngarəng dünyalarının əks olunduğu rəsmlər sərgilənib.

Məktəbin direktor müavinləri, müəllim, şagird və valideynlərinin qatıldıqları sərgidə əsas mövzu "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı olub.

Sərginin təşkilində əməyi olanlara təşəkkür edir, hər kəsi təbiəti sevməyə və qorumağa çağırırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi