67-nin Şahinləri Respublika üzrə III yer tutublar

 67 nömrəli tam orta məktəbin "Kəşfiyyatçılar" komandası hərbi rəhbər, Vətən müharibəsi veteranı və qazisi, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqovun rəhbərliyi ilə 9-11 iyun tarixlərində keçirilən “Şahin” hərbi-idman oyununun Respublika turunda iştirak etmək üçün Lənkəran şəhərinə ezam olunublar.

Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu Azərbaycan Respublikasında təsdiq olunmuş əsasnaməyə uyğun olaraq 3 mərhələdən ibarət olub. Bunlardan I mərhələ rayon, II mərhələ şəhər, III mərhələ Respublika turundan ibarət olub. Komandamız rayon və şəhər mərhələsində I yer tutduğuna görə Bakı şəhərini Respublika üzrə təmsil etmək hüququ qazanıb. Finalda iştirak edən komandamız 10 oğlan, 4 qız iştirakçı olmaqla, 14 nəfərdən ibarət olub.

“Şahin” hərbi-idman oyununa Azərbaycan Respublikası üzrə ümumilikdə 9 zona, 86 rayon, 4000-ə yaxın məktəbin komandaları cəlb edilib. Bu komandalar arasında 67 nömrəli tam orta məktəbin "Kəşfiyyatçılar" komandası final mərhələsinə qədər uğurla irəliləyib və Respublika üzrə III yerə layiq görülüb.

“Gənclər Paytaxtı” Lənkəranda baş tutan final mərhələsi Gənclər və İdman, Elm və Təhsil, Müdafiə, Fövqəladə Hallar nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib.

Ümumtəhsil məktəblərinin X sinif şagirdləri arasında keçirilən yarış 9 mərhələdən, 20 elementdən ibarət olmaqla maksimum 200 balla qiymətləndirilir. Finalda iştirak edən 9 komanda sıra, fiziki, mülki-müdafiə hazırlığı və maneələrin dəf olunması, eləcə də digər mərhələlər üzrə tapşırıqları icra ediblər.

"Şahin" hərbi-idman oyununun Respublika mərhələsinin nəticələrinə əsasən Xaçmaz rayon komandası 161 balla I, Oğuz rayon komandası 160 balla II, Bakı şəhərini təmsil edən Sabunçu Rayon komandası 158 balla III yerə layiq görülüblər.

Məktəbimizin hərbi rəhbəri və komandamızın hər bir üzvü Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qaibov tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

Onu da qeyd edək ki, şagirdlərimizin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə ezamiyyət müddətində komandamız yarışda iştirak etməklə bərabər, Lənkəran şəhərində təşkil olunan mədəni-kütləvi, maarifləndirici tədbirlərdə iştirak ediblər, Xambulan Dövlət Qoruğuna ekskursiyada olublar.

Komandamızı qələbə münasibətilə təbrik edir, onlara bu yolda dəstək olan hər kəsə kollektivimiz adından təşəkkürümüzü bildiririk.

#SabunchuGənclərEvi

#AzərbaycanGənci

#GənclərvəİdmanNazirliyi

#SabunçuRayonİcraHakimiyyəti

#Məktəb67

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi