Şagirdlərə suda boğulma təhlükəsinə qarşı mübarizə ilə bağlı dərs keçirilib.

 67 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İlhamə Rzayevanın təşkilatçılığı ilə II "ğ" sinfində "Xəzər dənizində təhlükəsizlik qaydaları" mövzusuna həsr olunmuş maraqlı dərs keçirilib.

Dərsin əsas məqsədi dəniz mövsümündə təhlükəsizlik qaydaları haqqında şagirdləri məlumatlandırmaq, vacib təhlükəsizlik qaydalarını öyrətmək olub.

Dərs zamanı suda boğulmanın səbəbləri, əlamətləri və qarşısının alınması yolları izah edilib. Müəllim və şagirdlərin iştirakı ilə təqdimatlar, rollu oyunlar nümayiş etdirilib.

Şagirdlərə düzgün üzgüçülük texnikaları, təhlükəli suda davranış qaydaları və fövqəladə hallarda hansı tədbirlərin görülməsi lazım olduğu öyrədilib. Həmçinin, boğulan birinə necə yardım etmək barədə əsas məlumatlar təqdim olunub.

Hər kəsə qarşıdan gələn yay aylarında təhlükəsizlik çimərlik mövsümü arzu edir, xoş istirahətlər diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi