67-nin "Kəşfiyyatçılar"ı ilə Sabunçu Rayon İcra Hakimiyyətində görüş keçirilib.

 7 iyun 2024-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında "Şahin” hərbi-idman oyununun Bakı şəhər zona birinciliyində Sabunçu rayonunu uğurla təmsil edərək qalib olan 67 nömrəli tam orta məktəbin "Kəşfiyyatçılar" komandası ilə görüş keçirilib.

Görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rakif Əliyev, 67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramova, məktəbin hərbi rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov və qalib komandanın üzvləri iştirak ediblər.

Görüşün sonunda Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən komanda üzvlərinə hədiyyələr təqdim olunub.

Qalib komandamızı bir daha uğurları münasibətilə təbrik edir, əməyə verdiklər misilsiz dəyərə görə Sabunçu Rayon İcra Hakimiyyətinə kollektivimiz adından sonsuz təşəkkürlərimizi bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi