Biz dünyanın uşaqlarıyıq.

 67 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Təhminə Həsənovanın təşkilatçılığı ilə III "x" sinfində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə valideynlərlə uşaqların ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Maraqlı görüntülərlə zəngin olan bayram şənliyində qonaq qismində direktor müavinləri Yeganə Muradova və Təranə Əsədova, məktəbin VMA nümayəndəsi Pərvanə Əsədova və ibtidai sinif müəllimləri iştirak ediblər.

Tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edir, bütün uşaqlara sağlam və xoşbəxt həyat arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi