Azərbaycanın dahi şairi, yazıçı, dramaturq Hüseyn Cavidin yaradıcılıq gecəsi

67 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sədaqət Rəsulovanın təşkilatçılığı ilə Azərbaycanın dahi şairi, yazıçı, dramaturq Hüseyn Cavidin yaradıcılıq gecəsi keçirilib.
Tədbirdə ulu öndər Heydər Əliyevin Cavid Türbəsinin açılışında etdiyi çıxış ayaq üstə alqışlanıb.
Məktəbin VIII "e" sinif şagirdlərinin iştirakı ilə hazırlanan "Ana" faciəsinin tamaşası və Cavidin müxtəlif mövzularda yazdığı şeirlər səhnələşdirilib.
Sədaqət Rəsulova çıxış edərək bəşəriyyətin mədəniyyətlə yüksələcəyini deyən sənətkarın həmişə qəlblərdə yaşayacağını qeyd edib.
Tədbirin sonunda məktəbin direktoru İradə Bayramova çıxış edərək öz təəssüratlarını bölüşüb və bütün iştirakçılara təşəkkürünü bildirib.