Biz xoşbəxt uşaqlarıq

67 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Sulidə Rüstəmovanın təşkilatçılığı ilə VIII "ç" sinfində "We are happy children" - "Biz xoşbəxt uşaqlarıq" adlı tədbir keçirilib.
Tədbir 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Tədbirdə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib, maraqlı yarışlar keçirilib.
Sonda məktəbin direktoru İradə Bayramova və tədbirin təşkilatçısı Sulidə Rüstəmova çıxış edərək bütün şagirdləri bayram münasibətilə təbrik ediblər və onlara xoş diləklərini çatdırıblar.
Tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edir, bütün uşaqlara xoşbəxt gələcək arzulayırıq.