İbtidai siniflərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində maraqlı tədbir keçirilib.

67 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimləri Səmra Rzayeva IV "b" sinfində, Kristina
Hacıyeva IV "h" sinfində, Aybəniz Mustafayeva isə II "h" sinfində "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçiriliblər.
Müxtəlif konseptlərdə keçirilən tədbirlər rəngarəng və maraqlı görüntülərlə zəngin olub.
Tədbirlərin ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edir, hər kəsi yaşıl dünya naminə həmrəy olmağa dəvət edirik.