Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

  5 iyun 2024-cü il tarixində Bakı Gənclər Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, 67 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Azərbaycanın dahi şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Könül mülkünün sultanı-Füzuli” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Nəzakət Məmmədli, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, şəhid ailələri, qazilər, rayonun təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri, 67 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti, həmçinin valideynlər iştirak ediblər.

Məktəbin istedadlı şagird və müəllimlərinin ifasında Məhəmməd Füzulinin qəzəllərinə bəstələnmiş muğam və təsniflər səsləndirilib, “Leyli və Məcnun” operasından səhnələr nümayiş etdirilib, dahi şairin həyat və yaradıcılığı barədə geniş məlumat verilib.

Sonda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Nəzakət Məmmədli və 67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramova çıxış edərək təəssüratlarını bölüşüblər.

#Füzuli530

#Məktəb67

#SabunçuRayonİcraHakimiyyəti

#BakıMəktəbləri

 

http://sabunchu-ih.gov.az/az/news/sabuncu-rayonunda-azerbaycanin-dahi-sairi-ve-mutefekkiri-mehemmed-fuzulinin-530-illik-yubileyine-hesr-olunmus-tedbir-kecirildi.html

#MəhəmmədFüzuli #530yubiley #Sabunçu

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi