Müəllimlərin etik davranış qaydaları haqqında söhbət aparılıb

 67 nömrəli tam orta məktəbdə 4 may 2024-cü il tarixində məktəb rəhbərliyi tərəfindən "Təhsilverənlərin etik davranış qaydaları" ilə bağlı iclas keçirilib.

İclasda məktəbin direktoru İradə Bayramova və direktor müavini Azad Kələşov çıxış ediblər.

İclasın keçirilməsində əsas məqsəd "Təhsilverənlərin etik davranış qaydaları"nın təsdiq edilməsi" və " Müəllimlərin etik davranış qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014 - cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarının ləğv edilməsi barədə qaydaların təhsilverənlərə çatdırılması və bu qaydalara riayət olunmasını müzakirə etmək olub. Bu qaydaların əsas məqsədinin təhsil müəssisələrində işgüzar, sağlam, emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəlməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarət olması kollektivin nəzərinə çatdırılıb.

Eyni zamanda iclasda "Təhsilverənlərin etik davranış qaydaları" nın 3.6 bəndi haqqında söhbət aparılaraq korrupsiya hallarına qarşı mübarizə ilə bağlı məlumatlar müzakirə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi