Dünya sizinlə gözəldir, əziz uşaqlar!

 67 nömrəli tam orta məktəbdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Dünya sizinlə gözəldir" adlı möhtəşəm tədbir keçirilib. Tədbirdə ibtidai sinif şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Məktəbin direktoru İradə Bayramova çıxış edərək uşaqları təbrik edib və onlara parlaq gələcək arzulayıb. Həmçinin direktor müavini Yeganə Muradova çıxış edərək uşaqlara xoş diləklərini çatdırıb.

Məktəb kollektivi adından bütün uşaqları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara zehin açıqlığı, faydalı biliklər, sağlam gələcək arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi