ll yarımil üzrə Böyük Summativ Qiymətləndirməyə start verilib

29 may 2024-cü il tarixindən etibarən 67 nömrəli tam orta məktəbin illik Fəaliyyət Planına əsasən 2023-2024-cü tədris ilinin ll yarımili üzrə Böyük Summativ Qiymətləndirmələrin keçirilməsinə start verilib.
Böyük Summativ Qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.
Böyük summativ qiymətləndirmələrin təşkili məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə aparılır. Böyük summativ qiymətləndirmələrin keçirilmə qrafiki öncədən təsdiqlənərək, müəllim, şagird və valideynlərin nəzərinə çatdırılır.
Qeyd edək ki, BSQ-lər ilk olaraq IX-XI siniflərdə keçirilib və sistemli şəkildə digər siniflərdə də keçirilməyə davam edir.
Nəzarətçi müəllimlərin nəzarəti altında keçirilən BSQ məktəb müdiriyyəti tərəfindən sona qədər izlənilir və şəffaflıq təmin olunur.
Bütün şagirdlərimizə zehin açıqlığı diləyir, tədris ilini uğurla başa vurmalarını arzulayırıq.