İllər sonra doğma elm ocağının işığına toplanan məzunlar

67 nömrəli tam orta məktəbdə 25 may 2024-cü il tarixində məzunlara görüş keçirilib. 2004-cü ilin məzunları 20 il sonra doğma elm ocağının qonağı olublar.
Keçmişi xatırlayaraq o illərə qayıdan məzunlar ilk günkü həyəcanla parta arxasında əyləşərək müəllimlərini sinif otağında qarşılayıblar.
Uzun zaman sonra bir-birini görən müəllim və məzunlar arasında olduqca duyğulu anlar yaşanıb.
Məzunlar məktəbdə olan muzeylə və maraqlı guşələrlə tanış olublar. Daha sonra isə müəllimləri ilə birlikdə çay süfrəsi arxasında keçmiş xatirələrini yada salıblar.
Məzunlarımıza gələcək işlərində uğurlar diləyir, müəllimlərimizi cəmiyyətə faydalı vətəndaşlar yetişdirdiklərinə görə təbrik edirik.