Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində möhtəşəm layihə

67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramovanın təşəbbüsü ilə məktəbdə möhtəşəm layihəyə həyata keçirilib.
Layihənin I mərhələsində məktəbin VIII sinif şagirdlərinin iştirakı ilə viktorina keçirilib. Viktorinada qonaq qismində Balaxanı Əməliyyat Şirkəti LTD əməkdaşları və Ümumi işlər departamentinin direktoru Kərim Aşurov, həmçinin BMT-nin İnkişaf Proqramı üzrə əməkdaşı Hüseyn Daşpoladov iştirak ediblər.
Viktorinada hər birində 10 nəfər olmaqla, 8 komanda iştirak edib. Komandaların topladıqları ballara əsasən I, II və III yerin qalibləri seçilib.
Tədbirdə iştirak edən qonaqlar tərəfindən qaliblər və digər iştirakçılar hədiyyələrlə mükafatlandırılıb.
Layihənin II hissəsi məktəbin bağında davam etdirilib. Qonaqlar və məktəbin direktoru İradə Bayramova birlikdə "Yaşıl dünya naminə həmrəy olaq" şüarını əsas tutaraq məktəbin həyətyanı sahəsində rəngarəng güllər və yeni ağaclar əkiblər.
Kollektivimiz adından viktorina qaliblərini təbrik edir, tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığımızı bildiririk.