COP29 layihəsi çərçivəsində dəyirmi masa keçirilib

67 nömrəli tam orta məktəbin coğrafiya müəllimləri Nüşabə Əbilova, Səbinə Seyidova və Mərziyə Məhərrəmovanın birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq COP29 layihəsi çərçivəsində VIII siniflər arasında dəyirmi masa keçirilib.
“Qlobal istiləşmə və iqlim dəyişikliyi” mövzusuna həsr olunmuş dəyirmi masada müəllim və şagirdlər arasında fikir mübadiləsi aparılıb, mövzuya uyğun təqdimat və videoçarxlar nümayiş etdirilib.