Reproduktiv sağlamlıq haqqında söhbət

67 nömrəli tam orta məktəbdə direktor müavini Təranə Əlisoy və Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşı yeniyetmə qızlar arasında reproduktiv sağlamlıq haqqında söhbət aparıblar. Dinləyici olaraq məktəbin VI siniflərdə təhsil alan qızlar görüşdə iştirak ediblər.
Şagirdlərə reproduktiv sağlamlığın gələcək nəsil üçün önəmi, gigiyena qaydaları, düzgün qidalanmanın sağlam inkişafda rolu haqqında ətraflı məlumat verilib.