Vətənə, xalqa həsr edilən ömür yolu

67 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimləri Aygün Məmmədova və Səkinə Bayramovanın təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə dahi liderin dəyərli həyat yolu və siyasi fəaliyyəti işıqlandırılıb, şagirdlərin ifasında Heydər Əliyevə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib.
Qonaq qismində məktəbin direktoru İradə Bayramova, təlim - tərbiyə işləri üzrə direktor müavinləri Ceyran Məmmədova, Gülnarə Bağırova, biologiya müəllimi Məleykə Muradova, Azərbaycan dili və ədəbiyyat müəllimi Natiqə Məmmədova tədbirdə iştirak ediblər.
Sonda məktəbin direktoru İradə Bayramova çıxış edərək qeyd edib ki, ömrünü bütünlüklə doğma xalqın parlaq gələcəyinə həsr edən bu böyük şəxsiyyətin həyat yolunun gənc nəslə öyrədilməsi onların mənəvi inkişafında misilsiz rol oynayır.
Tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edir, ulu öndər Heydər Əliyevin əziz xatirəsini hörmət və ehtiramla yad edirik.