Biologiya fənni üzrə yarış keçirilib

67 nömrəli tam orta məktəbin biologiya müəllimi Günel Xasaylının təşkilatçılığı ilə dərs keçdiyi VIII sinif şagirdləri arasında Biologiya fənnindən "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş intellektual yarış keçirilib. Yarışda insan anatomiyası, fiziologiyası və sağlamlığına aid müxtəlif tapşırıqlar verilib. Sonda I, II və III yer tutan komandalar hədiyyə və diplomlarla təltif edilib.
Qalib komandalara uğurlar diləyir, Günel Xasaylıya maraqlı yarışın təşkilinə görə təşəkkür edirik.