IX sinif şagirdlərinin valideynləri ilə iclas keçirib

 67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramovanın təşəbbüsü ilə IX sinif şagirdlərinin valideynləri ilə iclas keçirilib. İclasda direktor müavinləri, buraxılış fənlər üzrə metodbirləşmə rəhbərləri, fənn müəllimləri, IX siniflərin sinif rəhbərləri və valideynlər iştirak ediblər.

İclasda direktor İradə Bayramova çıxış edərək buraxılış imtahanlarının yekun nəticələri haqqında ətraflı məlumat verib, şagirdlərin dərsə davamiyyəti, düzgün davranış qaydalarına əməl etmələri və bu kimi mövzular barədə ətraflı söhbət aparıb, lazımi təlimatlar verib. Daha sonra direktor müavini Təranə Əlisoy çıxış edərək imtahan nəticələrinin statistik məlumatları haqqında slayd nümayiş etdirib və slaydda əks olunan məlumatlar müzakirə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi