Qlobal istiləşmə və iqlim dəyişikliyi

 Elm və Təhsil nazirliyinin təsdiq etdiyi tədbirlər planına əsasən, COP-29 layihəsi çərçivəsində məktəbdə "Qlobal istiləşmə və iqlim dəyişikliyi" ilə bağlı dəyirmi masa təşkil edilib.Tədbirdə məktəbin direktor muavinləri Ceyran Məmmədova, Azad Kələşov, coğrafiya müəllimləri Qüdrət Məmmədova, İkram Əhmədov və bir qrup şagird heyəti iştirak ediblər.

Tədbirdə Qlobal istiləşmə və iqlim dəyişikliyinin mahiyyəti, yaranan problemin mənfi təzahürləri, problemin qarşışını almaq üçün atılan addımlar, həmçinin ölkəmizin bu istiqamətdə müsbət rolu haqqında ətraflı müzakirələr aparılıb. Sonda şagirdlərin mövzu haqqında fikir və təklifləri dinlənilərək qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi