“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda dəyirmi masa keçirilib.

6 may 2024-cü il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə bu il keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin rayonlar üzrə qalibləri iştirak ediblər.

Qeyd edək ki, dəyirmi masada iştirak edən qaliblərdən biri 67 nömrəli tam orta məktəbin X "a" sinif şagirdi Mədinə Muradova olub.

Şagirdimiz Mədinəni və referat yazı müsabiqəsinin bütün qaliblərini təbrik edir, onlara davamlı uğurlar arzulayırıq.

#BakıŞəhərİcraHakimjyyəti

#SabunçuRayonİcraHakimiyyəti

#EduAz

#Məktəb67

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi