Şahinlərin qələbə sevinci

 67 nömrəli tam orta məktəbin komandası "Şahin" hərbi-idman oyununun Bakı şəhər zona birinciliyində l yerə layiq görülərək Respublika birinciliyinə vəsiqə qazanıb.

Sabunçu rayonunu qürurla təmsil edən 67-nin Şahinləri məktəb kollektivi tərəfindən böyük coşqu ilə qarşılanıb. Şagird, müəllim və valideynlərdən ibarət məktəb heyəti qələbə sevincini eşidən kimi əllərində bayraqla qalib ölkənin qalib vətəndaşı kimi rayonumuzun qələbəsini qeyd etmək üçün məktəbin həyətində toplanıblar.

Hərbi rəhbər, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov kubok və diplomu məktəbin direktoru İradə Bayramovaya təhvil verib və çıxış edərək sevincini dilə gətirib.

Direktor İradə Bayramova çıxış edərək qələbə münasibətilə komandanı, kollektivi və bütövlükdə Sabunçu rayonunu təbrik edib və əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, komandanın yüksək səviyyədə hazırlanmasında hərbi rəhbər Muraz Sadıqovla yanaşı fiziki tərbiyə müəllimlərinin də böyük rolu olub.

Qalib komandamızı təbrik edir, onların qələbəsində əməyi olan hər kəsə kollektivimiz adından təşəkkür edirik.

Növbəti mərhələdə komandamıza uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi