Məktəbdə Füzuli irsinin təbliği davam edir

 30 aprel 2024-cü il tarixində 67 nömrəli tam orta məktəbin kitabxanasında Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir məktəbin kitabxana müdiri Həmayıl Hacıyeva və kitabxanaçı Vüsalə Abbasovanın təşəbbüsü ilə təşkil olunub. Azərbaycan dili və ədəbiyyat müəllimləri Nərgiz İsmayılova, Ziyafət Məmmədova və VIII "ğ" sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi Məhəmməd Füzuli əsərlərinin təhlili, Füzuli irsinin təbliği, şagirdlərin dahi şair haqqında biliklərinin artırılması olub.

Tədbir zamanı şagirdlər bildikləri qəzəl və şeirləri səsləndiriblər, şairin əsərlərindən, şeir və qəzəllərindən ibarət kitablarla tanış olublar.

Maraqlı tədbirin ərsəyə gəlməsinə əməyi olan hər kəsə təşəkkür edir, dahi şair Məhəmməd Füzulini hörmət və ehtiramla yad edirik.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi