Şagirdlərimiz İncəsənət Muzeyində

  Şagirdlərimiz İncəsənət Muzeyində67 nömrəli tam orta məktəbin şagirdləri bu dəfə Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya ediblər. Məktəbin VMA (Valideyn Müəllim Assosiasiyası) nümayəndələrinin təşkilatçılığı ilə VIII "g", VIII "d" sinif şagirdləri və riyaziyyat müəllimi Kəmalə Əliyeva muzeydə olublar.

Ekskursiya zamanı muzeydəki eksponatlarla yaxından tanış olub, onların tarixi haqqında zəngin məlumatlar əldə ediblər.

Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyi Azərbaycanın ən böyük incəsənət muzeyidir və muzeydə on yeddi mindən çox eksponat saxlanılır. 1936-cı ildə əsası qoyulmuş muzey, 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri olan Rüstəm Mustafayevin adını daşıyır.

Şagirdlərimizin asudə vaxtlarını səmərəli keçirmələri üçün lazımi şərait yaradan VMA və məktəb rəhbərliyinə təşəkkür edir, bütün məktəbliləri asudə vaxtlarını faydalı işlərə sərf etməyə çağırırıq.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi