Balaca ürəklərdə böyük Vətən sevgisi

 67 nömrəli tam orta məktəbin I "ç" sinfi 2 saylı Fəxri və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Məktəbin VMA (Valideyn Müəllim Assosiasiyası) nümayəndələrinin təşkilatçılığı, ibtidai sinif müəllimi Nigar Rzayevanın iştirakı ilə I "ç" sinif şagirdləri Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini yad etmək məqsədilə onların məzarını ziyarət ediblər. Ziyarət əsnasında şəhidlərin valideynləri ilə görüşüb, onlara dərin hüznlə başsağlığı veriblər. Həmçinin balaca vətənpərvərlər Azərbaycan oğullarının mərdlik, qəhrəmanlıq nümunəsi olduğunu əks etdirən şeirlər səsləndiriblər.

Ziyarət zamanı şəhidlərin məzarı üstə güllər düzülüb, onların ruhuna dualar edilib.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onları qürurla anırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi