İbtidai siniflərdə dahi şairin 530 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilib.

 67 nömrəli tam orta məktəbdə 27 aprel 2024-cü il tarixində Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirdə Məhəmməd Füzulinin yaradıcılığı, şeir və qəzəlləri haqqında ətraflı məlumat verilib.

Həmçinin müəllim və şagirdlərin ifasında şairin "Meyvələrin söhbəti" şeiri, "Söz" və "Həkim" qəzəli səhnələşdirilib.

Qeyd edək ki, dahi şairin yaradıcılığına böyük hörmət və ehtiramın təzahürü olaraq ölkə Prezidenti cənab İlham Əliyev cari ilin yanvar ayının 25-də Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edir, şairin xatirəsini hörmətlə yad edirik.

#MəhəmmədFüzuli530

#Məktəb67

#EduAz

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi