Könül mülkünün sultanı-Füzuli

27 aprel 2024-cü il tarixində 67 nömrəli tam orta məktəbdə Azərbaycanın dahi şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Könül mülkünün sultanı-Füzuli” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, 67 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti, valideynlər iştirak ediblər.

Məktəbin istedadlı şagird və müəllimlərinin ifasında Məhəmməd Füzulinin qəzəllərinə bəstələnmiş muğam və təsniflər səsləndirilib, “Leyli və Məcnun” operasından səhnələr nümayiş etdirilib, dahi şairin həyat və yaradıcılığı barədə geniş məlumat verilib.

Sonda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva və məktəbin direktoru İradə Bayramova çıxış edərək tədbir barədə fikirlərini səsləndiriblər.

Tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə, həmçinin vaxt ayırıb tədbiri izləməyə gələn qonaqlarımıza təşəkkür edir, Azərbaycanın dahi şairi və mütəfəkkiri Məhəmməd Füzulini hörmət və ehtiramla yad edirik.

https://www.facebook.com/share/p/2ojdW8eCjrTDKoEn/?mibextid=oFDknk

https://www.facebook.com/share/p/Mpu8RSiZnFXi5uLm/...

#MəhəmmədFüzuli530

#Məktəb67

#EduAz

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi