Yaşıl dünya naminə yaşıllıqları qoruyaq

 67 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimləri Ramin Eminov və Mahir Əliyev bir qrup şagirdlərlə birlikdə məktəbin həyətyanı sahəsində yerləşən yaşıllığın artırılması və qorunması məqsədilə iməcilik təşkil ediblər. Məktəb ərazisində həm yeni ağac və çiçəklər əkilib, həm də yaşıllıqların suvarılması həyata keçirilib.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində məktəbdə bütün şagird və müəllimlər səfərbər olublar. İnanırıq ki, sağlam gələcək naminə hər kəs öz üzərinə düşən vəzifəni layiqincə icra edəcək və planetimizin ağ ciyərləri olan meşələrimizi, yaşıllıqları qorumaq üçün lazımi tədbirlər görüləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi