Ekoloji mühit və onun mühafizəsi

 67 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Səbinə Seyidova VIII "g" sinfində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Ekoloji mühit və onun mühafizəsi" mövzusuna həsr olunmuş nümunəvi dərs təşkil edib.

Dərs zamanı müəllim hazırladığı videoçarx və təqdimatı nümayiş etdirərək ətraflı məlumat verib, şagirdlərin mövzu ilə bağlı təqdimatlarını izləyib. Həmçinin müəllim özü hazırladığı, tullantı qapaqlardan düzəldilmiş Azərbaycan xəritəsini şagirdlərə təqdim edib.

Dərsin keçirilməsində əsas məqsəd şagirdlərə ekoloji tarazlığın qorunması, təbiətin mühafizəsi, yaşıllaşdırma işlərinin aparılmasının insan həyatı üçün önəmini aşılamaq və onları düzgün istiqamətləndirmək olub.

Maraqlı nümunəvi dərsə görə Səbinə Seyidovaya təşəkkür edir, şagirdlərimizi təbiəti qorumağa çağırırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi