Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nümayəndələrinin məktəb muzeyi ilə tanışlığı

 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) nümayəndələri 67 nömrəli tam orta məktəbdə qonaq olublar. Qonaqlar öncə məktəbdə tədbir təşkil ediblər və şagirdimiz Ayan Həsənova ilə onun müəllimi, hərbi rəhbər, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqovu mükafatlandırıblar. Daha sonra direktor İradə Bayramova, direktor müavini Azad Kələşov və hərbi rəhbər Muraz Sadıqovla birlikdə məktəb muzeyi ilə tanış olublar. SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, Xidmətin Sabunçu rayon şöbəsinin rəisi polkovnik-leytenant Nicat Həsənov və digər qonaqlar böyük maraqla məktəb muzeyinin bütün eksponatları və yaranma tarixi ilə tanış olublar.

Qeyd edək ki, 67 nömrəli tam orta məktəbdə uzunmüddətdir ki, "Məmləkətimizin tarixi" adlı muzey fəaliyyət göstərir. Muzeydə Azərbaycanın qədim tarixi zəngin adət-ənənələri, dahi şəxsiyyətləri və müasir tariximizin şanlı səhifələri olan 44 günlük Vətən müharibəsi qəhrəmanları və onların şərəfli döyüş yoluna həsr olunmuş əsərlər öz əksini tapıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi