Füzuli dünyasına səyahət

 67 nömrəli tam orta məktəbin VIII sinifləri arasında ədəbiyyat fənnindən "Füzuli dünyası " adlı intellektual yarış keçirilib.

Yarışda əsas məqsəd söz mülkünün sultanı olan dahi şair Məhəmməd Füzuli aylığı çərçivəsində şairin ədəbi - mədəni irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onlara şairin yaradıcığı haqqında ətraflı məlumat vermək olub. Bu müsabiqə

məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səkinə Bayramovanın təşkilatçılığı, Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Məmmədovanın dəstəyi ilə keçirilib.

Məktəbin VIII "b" sinif şagirdlərindən təşkil olunmuş komanda I yerə, VIII "ç" sinfi II , VIII "c" sinfi isə III yerə layiq görülüb.

Müsabiqədə uğur qazanan komandalar sertifikatlarla təltif olunublar.

Münsiflər heyəti qismində məktəbin direktor müavinləri Ceyran Məmmədova, Gülnarə Bağırova, Azərbaycan dili və ədəbiyyat müəllimləri Sədaqət Rəsulova, Nuridə Təhməzova iştirak ediblər.

Sonda münsiflər heyətinin üzvləri çıxış edərək yarışdan xoş təəssüratlarla ayrıldıqlarını dilə gətiriblər və yarışı təşkil edən müəllimlərə, iştirak edən komandalara təşəkkürlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi