Məktəbdə valideyn iclasları keçirilir

 67 nömrəli tam orta məktəbdə təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşmasını təmin etmək məqsədilə lazımi tədbirlər görülür.

Bu məqsədlə müntəzəm olaraq valideynlərlə görüşləri təşkil edilir, onların problemləri dinlənilir, lazımi köməklik göstərilir. İclaslarda məktəbin direktoru İradə Bayramova, direktor müavinləri və VMA nümayəndələri iştirak edir.

Valideynlərlə görüş zamanı onlarla övladlarına nəzarətin artırılması, məktəbə lazımsız və ya təhlükəli əşyaların gətirilməməsi üçün çantalarına nəzarət edilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə müxtəlif tədbirlər görülməsi barədə söhbət aparılır.

Görülən bütün tədbirlər şagirdlərin sağlam mühitdə təhsil almalarını və həm fiziki, həm də psixoloji sağlam fərdlərin yetişdirilməsini təmin etmək üçün icra olunur və bu işdə yalnız müəllimlərin deyil, həm də valideynlərin dəstəyi olduqca önəmlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi