Şəhid Əmirulla Əliyev haqqında "Unudulmayan qəhrəmanlar" filiminin təqdimatı keçirilib.

 Sabunçu rayon Gənclər evində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə şəhid leytenant Əmrulla Əliyevin döyüş yoluna həsr edilmiş tədbir keçirilib.

Tədbirdə AVMVİB-nin sədri Qarbağ qazisi, Azərbaycan Bayrağı Ordenli Füzuli Rzaquliyev çıxış edərək Şəhidin yaxınlarına hörmət və ehtiramını bildirib. Eyni zamanda tədbirdə AVMVİB-Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev, qazilər və rayon ictimaiyyətinin nümayəndələri, şəhid Əmrulla Əliyevin valideynləri və döyüş yoldaşları, 67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramova, ingilis dili müəllimi Sulidə Rüstəmova, hərbi rəhbər, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov və məktəbin "Şahinlər" komandası iştirak ediblər.

Qeyd edək ki, Əmrulla Əliyev 67 nömrəli tam orta məktəbin məzunu olub. O, 27 sentyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.

Əmrulla Əliyev Vətən Uğurunda və III dərəcəli Vətənə Xidmət medalları ilə təltif olunub.

Şəhid leytenant Əmrulla Əliyevi və bütün şəhidlərimizi qürurla yad edir, Allahdan onlara rəhmət diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi