"Sağlam həyat - yaşıl təbiət" şagirdlərin gözü ilə

 67 nömrəli tam orta məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti tədbir keçirilib. Məktəbin biologiya müəllimi Məleykə Muradovanın təşkilatçılığı ilə VI "f" sinfində "Sağlam həyat - yaşıl təbiət" adlı ən yaxşı divar qəzeti müsabiqəsi keçirilib. Müsabiqədə şagirdlər sağlam həyat üçün təbiətin yaşıllaşdırılmasının önəmini, təbiəti qorumaq üçün fikir və təkliflərini hazırladıqları qəzetlərdə və rəsmlərdə əks etdiriblər. Daha sonra müəllimin hazırladığı maarifləndirici videoçarxı izləyərək mövzu haqqında yeni məlumatlar əldə ediblər və sonda ən yaxşı divar qəzeti gizlin səsvermə yolu ilə seçilib.

Qalibləri təbrik edir, növbəti fəaliyyətlərində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi