İbtidai sinif şagirdləri Zoologiya Muzeyində

 67 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən VMA (Valideyn Müəllim Assosiasiyası) təşkilatçılığı ilə növbəti ekskursiya həyata keçirilib.

Məktəbin IV "a", IV "b", IV "c", IV "d", IV "g" sinif şagirdləri onlara rəhbərlik edən sinif rəhbərləri və VMA nümayəndələri ilə birlikdə Zoologiya Muzeyində ekskursiyada olublar.

Şagirdlər heyvanlar aləmi ilə tanış olublar, heyvanların tarixi və fərdi inkişafı, müxtəlifliyi, muzeydəki eksponatlar haqqında maarifləndirici məlumatlar əldə ediblər.

Qeyd edək ki, biomüxtəlifliyin öyrənilməsi, qorunub saxlanılması və təbliği məqsədi ilə 1971-ci ildə Milli Elmlər Akademiyasının Rəyasət heyətinin qərarı ilə Zoologiya İnstitutunda Zooloji Muzey yaradılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi