Şagirdlərimiz Neon Sənət Muzeyində ekskursiyada olublar

 Azərbaycan Valideyn Müəllim Assosiasiyası İctimai Birliyinin 67 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən 1 nömrəli filialının təşkilatçılığı ilə məktəbin VI "c", IX "c" və IX "ğ" sinifləri Neon Sənət Muzeyində ekskursiyada olublar. Ekskursiyada məktəbin təşkilati işlər üzrə direktor müavini Azad Kələşov, IX "c" sinif rəhbəri Natavan Quliyeva və IX "ğ" sinif rəhbəri İmran Kərimov iştirak ediblər.

Olduqca maraqlı görüntülərlə zəngin olan Neon Sənət Muzeyindən şagirdlər müsbət təəssüratlarla ayrılıblar.

Qeyd edək ki, Neon Sənət Muzeyi və ya "Farhouse" neon ev-muzeyi Azərbaycanın Novxanı kəndinə yerləşir. Muzey fasaddan interyerə qədər neon üslubda bəzədilmiş iki mərtəbədən ibarətdir. Bundan əlavə, su səviyyəsindən bir qədər aşağıda yerləşən industrial üslubda olan ərazidə kiçik sərgi zalı fəaliyyət göstərir. Neon Sənət Muzeyi Azərbaycanda yerləşən ilk və yeganə belə muzeydir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi