Yaşıl dünya naminə həmrəylik olmağa davam edirik

 67 nömrəli tam orta məktəbin biologiya müəllimi Lətafət Səfərovanın təşkilatçılığı ilə VII "h" sinfində sinif saatı dibçək güllərinə qulluq edilməsi və çoxaldılması qaydalarına həsr olunub. Şagirdlər "Yaşıl dünya naminə həmrəylik ili" aksiyasına qoşularaq siniflərini yaşıllıqla zənginləşdiriblər.

Öncə mövzuya aid müəllimin hazırladığı videoçarx və slaydlarla tanış olublar. Daha sonra dibçək güllərinə qulluq edilməsi və vegetativ yolla çoxaldılması prosesini əyani şəkildə həyata keçiriblər.

Sinifdə apardıqları yaşıllaşdırma işləri ilə şagirdlərimiz hər kəsi yaşıl dünya naminə həmrəy olmağa dəvət ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi