Şagirdlərimiz Şirvanşahlar sarayı və Qız qalasında

 Azərbaycan Valideyn Müəllim Assosiasiyası İctimai Birliyinin 67 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən 1 nömrəli filialının təşkilatçılığı ilə III "x" sinfi və onlara rəhbərlik edən ibtidai sinif müəllimi Təhminə Həsənova Şirvanşahlar sarayı və Qız qalasında ekskursiyada olublar. Ekskursiya zamanı şagirdlər tarixi abidələrlə yaxından tanış olub, onlar haqqında bələdçinin maarifləndirici söhbətini maraqla dinləyiblər. Sonda hər iki tarixi abidə qarşısında xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, şagirdlərimizin daha çox dünyagörüşünün genişlənməsi, biliklərinin artırılması məqsədilə VMA (Valideyn Müəllim Assosiasiyası) tez-tez ekskursiyalar təşkil edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi