Şagirdlərlə hərbi ixtisaslar barədə maarifləndirici söhbət aparılıb.

   67 nömrəli tam orta məktəbdə 18 aprel 2024-cü il tarixində Milli Müdafiə Universitetinin nümayəndəsi, Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Fənlər kafedrasının baş müəllimi polkovnik-leytenant Habil Məhərrəmov qonaq olub.

Habil Məhərrəmov məktəbin hərbi rəhbəri, Vətən müharibəsi veteranı və qazisi, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqovla birlikdə VIII-XI siniflərdə maarifləndirici söhbət aparıb. Söhbət əsnasında hərbi tədris müəssisələri, hərbi tədris müəssisələrinə qəbul qaydaları, hərbi ixtisaslar barəsində şagirdlərə ətraflı məlumat verilib.

İnanırıq ki, vətənpərvər ruhda gənclərin yetişdirilməsində əvəzsiz rolu olan hərbi dərslər və belə maarifləndirici söhbətlər hərbi ixtisaslara marağın artmasına, Vətənin keşiyində qəhrəmancasına dayanan hərbçilərin yetişdirilməsinə təkan verəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi